Martın 5-də Teatr Xadimləri İttifaqının nümayiş zalında rejissor Rövşən İsaxın “Aktrisa” filminin nümayişi olub. Nümayiş öncəsi çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov kinomuzun inkişaf yolunda olduğunu qeyd edərək filmin yaradıcı heyətinə təşəkkür etdi. Rejissor Rövşən İsax isə filmin ərsəyə gəlməsində dəstəyi olan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
   
   Baş rolun ifaçısı, Moskvanın Stanislavski adına Akademik Musiqili Teatrının aktrisası Alesa Kaçerin təqdimat üçün əvvəlcədən hazırladığı nitqi ilə zaldakı tamaşaçıları həm güldürdü, həm də heyrətləndirdi. Aktrisa ürək sözlərini Azərbaycan dilində çatdırdı.
   Qeyd edək ki, kriminal-dram janrında çəkilmiş film bir-birinin ardınca törədilmiş üç qətl hadisəsindən bəhs edir. Aktyorluq sənətinə böyük həvəs göstərən gənc aktrisa Lalə onun gözəlliyinin və sənətinin vurğunu olan bank işçisi Səmədin köməyi ilə mono-tamaşasını əcnəbi səhnələrdə oynamaq üçün sponsor tapır. Sponsorla - VEF Bankın prezidenti Vaqif Fətəliyevlə tanışlıqdan sonra gözəl, gənc qadın və ömrünün yarısından çoxunu geridə qoymuş iş adamı bir-birinə vurulurlar. Vaqif Fətəliyev vaxtilə atasının yaxın dostunun qızı ilə qurduğu məcburi ailə həyatına son qoyub Lalə ilə evlənir. Amma Vaqifin Laləni səhnədən ayırması qızın xarakterindəki maksimalistliyi ortaya qoyur. O, aktyorluq potensialını həyat səhnəsində istifadə etməyə başlayır. Oyunun yeganə tamaşaçısı olmaq isə onların bağ qonşusu yazıçı Rüfət Hüseynzadəyə qismət olur...
   Xatırladaq ki, “Aktrisa” filminin ssenari müəllifləri İlqar Fəhmi, Rövşən İsax, rejissorları Akif Rüstəmov, Mehman Məmmədovdur. Rollarda Xalq artisti Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax, Şövqi Hüseynov, Məlahət Əhməd, Rəşad Səfərov, Salam İsmayılov və başqaları çəkilib.
   
   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar