Mayın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunacaq. Səhnə əsərində Manriko partiyasını Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın Xalq artisti Ramiz Usmanov ifa edəcək. Opera və Balet Teatrının keçmiş solisti, hazırda Manhyem (Almaniya) Milli Opera Teatrında çalışan həmyerlimiz, Xalq artisti Əvəz Abdullayev isə Qraf di Luna rolunu ifa etmək üçün sənət ocağına dəvət olunub.
Digər rollarda Əməkdar artist Afaq Abbasova, Nina Makarova və başqaları çıxış edəcək. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyevdir.