Martın 12-də “Azərbaycan” kinoteatrında "Buta" bədii filminin təqdimatı keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının və "Butafilm" prodüser mərkəzinin birgə istehsalı olan "Buta" filminin rejissoru İlqar Nəcəfdir.
   
   Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov son illər Azərbaycanda kinematoqrafiyanın inkişaf yolunda olduğunu vurğuladı: “Filmlərimiz bir çox beynəlxalq festivallarda iştirak edir. “Buta” filmi Azərbaycanda son dövr çəkilən filmlər arasında yeganə poetik filmdir”.
   Daha sonra filmin rejissoru İlqar Nəcəf yaradıcı heyəti tamaşaçılara təqdim etdi. Qeyd edək ki, filmin ssenari müəllifi də İlqar Nəcəfdir. Ekran əsərinin quruluşçu operatoru Georgi Beridze, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Cavanşir Quliyev, prodüserləri Xamis Muradov və İlqar Nəcəfdir. Baş rolları Rafiq Əzimov, Tofiq Əliyev, rollarda Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva, Mirmöhsün Mirzəyev, Bahadur Səfiyev, Kimyaxanım Daşdıyeva, Süleyman Nəcəfov və başqaları ifa edib. Filmdə insanlar arasında olan münasibətlər, səmimi duyğular, dostluq, sevgi hisslərinin ümumiləşdirilmiş ideyası önə çəkilib.   

   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar