Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda gənc aşıqların ikinci müsabiqəsinə start verilib.
Layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Ulduz Sönməz bildirib ki, Gədəbəydə start götürən müsabiqə Şəmkir, Qazax, Tovuz bölgələrini əhatə edir. Layihənin məqsədi aşıq sənətinə yeni gələn gəncləri dəstəkləməkdir. Müsabiqədə 15-35 yaş arası istedadlı gənc aşıqlar iştirak edir. Tanınmış aşıqlardan ibarət münsiflər heyətinin dəyərləndirməsi nəticəsində seçilən qaliblər mükafatlandırılacaq. Ulduz Sönməz qeyd edib ki, növbəti ildən gənc aşıqların müsabiqəsinin respublika üzrə keçirilməsi nəzərdə tutulur.