Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi aprelin 10-dan 15-dək Rusiyanın Yekaterinburq şəhərində keçirilən VII Beynəlxalq sənədli filmlər kinofestivalının əsas - müsabiqə bölməsində Azərbaycanı təmsil edir. Festivalın əsas proqramında 23 sənədli film mükafatlar uğrunda mübarizə aparır. Festivalda Azərbaycanla yanaşı Rusiya, Belarus, İtaliya, İspaniya, Çin, Fransa və digər ölkələr təmsil olunur. “Miras”filmi 2010-cu ildə «Bir addım» studiyasında istehsal olunub. Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Ekran əsəri ötən ilin oktyabrında Moskvada keçirilən beynəlxalq kinofestivalda «Kinematoqrafiya sənətinə sədaqətə görə» diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə «Maarif» diplomuna layiq görülüb. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar