İyunun 6-da Bakı Xətai Sənət Mərkəzində “Mənim düşüncəm-2017” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
1 iyun - Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Sərgidə 15 yaşa qədər olan uşaqların 100-dək əsəri təqdim olunacaq.