Bakıda britaniyalı rəssamın sərgisi
Mayın 31-də Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərin 100 görüntüsü” adlı sərgisinin açılışı keçiriləcək.
Edvard Tvoxiq 1969-cu ildə İrlandiyada anadan olub. Kroford İncəsənət və Dizayn Kollecində təhsil alıb, Çelsi İncəsənət Kollecində qravüra və fotoqrafiya sənəti üzrə ixtisaslaşıb.
Hazırda o, rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecinə rəhbərlik edir. Edvard Tvoxiq Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, həmçinin Banksayd qalereyasının hamisidir.
Rəssamın müxtəlif qaleraya və salonlarda sərgiləri, o cümlədən Bakıda “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” adlı fərdi sərgisi keçirilib.