Azərbaycan Dövlət Musiqili Teatrı da respublikamızın bölgələrinə səfərə çıxır. Teatrın mətbuat xidmətindən bildirilib ki, bu silsilədən ilk tədbir mayın 31-də Lənkəran şəhərində baş tutacaq. Musiqili Teatrın kollektivi lənkəranlı tamaşaçılar qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” ikihissəli musiqili komediyası ilə çıxış edəcək.
Qeyd edək ki, tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.