Tanınmış rus yazıçısı Viktor Pelevinin “Generation P” (“P nəsli”) romanı əsasında çəkilmiş bədii film aprelin 14-də ekranlara çıxıb və ilk həftədə prokatdan 2 milyon dollar gəlir gətirib. Film Rusiya və MDB ölkələrində son həftə ən çox gəlir gətirmiş ekran əsərləri arasında üçüncü olub.
   Reytinqin birinci pilləsində 3D formatında çəkilmiş “Rio” cizgi filmi (5,7 milyon dollar gəlir), ikinci pillədə isə “Scream 4” dəhşət filmi (2,4 milyon dollar) qərarlaşıb. Mixail Bulqakovun “Usta və Marqarita” əsəri əsasında çəkilmiş eyniadlı film isə reytinqdə 6-cı olub (500 min dollar).
   “Generation P” filmi beş ilə çəkilib. Rejissoru Viktor Ginzburq olan filmdə baş rolu Vladimir Yepifantsev oynayır. Filmdə müasir rus kinosunun Aleksandr Qordon, Renata Litvinova, Mixail Yefremov, Vladimir Menşov kimi ulduzları da çəkilib.
   Tanınmış telejurnalist Leonid Parfyonov da filmdə rol alıb. “P nəsli” romanı 1999-cu ildə çap edilib və 90-cı illərdə - Yeltsin Rusiyasında xaos və korrupsiya mühitində Tatarski adlı bir tələbə və şairin başına gələnlərdən, onun düşdüyü mühiti anlamağa çalışmasından bəhs edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar