İyunun 4-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində “Talant” Tədris Mərkəzinin rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət “İstedadlı əllər” sərgisi keçiriləcək.
1 iyun - Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş sərginin məqsədi uşaqların dünyaya baxışları, rəng duyumları, onların milli-mənəvi dəyərlərlə bağlı düşüncələri, uşaqlara qayğı və onların qorunmasını rəsmlər vasitəsilə həmyaşıdlarına nümayiş etdirməkdir.
Sərgidə 5 yaşından 25 yaşına qədər 20 həvəskar rəssamın 80-dən artıq əl işi göstəriləcək. Bəyənilən işlərin müəlliflərinə diplomlar təqdim olunacaq.
Soltan