“Salnamə” kinostudiyasında yeni sənədli film çəkilir
“Salnamə” kinostudiyasında istehsalata buraxılan “Cənubda şimal küləyi” sənədli filminin çəkilişləri aprelin sonlarında başlayacaq. Çəkilişlər Biləsuvar rayonunda və rayonun Yuxarı Ağalı kəndində aparılacaq. Sənədli film 1990-cı il yanvar hadisələri zamanı Biləsuvar rayonunda baş verən proseslərdən bəhs edir. Filmdə o dövrdə baş verən hadisələrə dair arxiv materialları ilə yanaşı, həmin vaxt məsul vəzifələrdə çalışmış insanların fikirləri də əksini tapacaq.
“Cənubda şimal küləyi” sənədli filminin baş məsləhətçisi İbrahim Şirinov, ssenari müəllifi İntiqam Hacılı, rejissor Mahmud Məmmədov, operator Rüfət Süleymanov, icraçı prodüser Kamil Məmmədovdur.
Yeganə