Şabran şəhərinin Mədəniyyət Sarayında rejissor Samir Kərimoğlunun “Niyyət” filminin təqdimat mərasimi keçirilib. Kinematoqrafçılar İttifaqının kino yayımı və təbliğatı şöbəsinin müdiri Gəray Əlibəyovun bildirdiyinə görə, ittifaqla Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi çərçivəsində baş tutan tədbirdə filmin ikinci rejissoru Əliqulu Səmədov film haqqında məlumat verib. “Niyyət” filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Filmin nümayişindən sonra müzakirələr aparılıb. Yaradıcı heyət tamaşaçıları maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, bölgələrdə həyata keçirilən layihənin məqsədi Azərbaycanda müstəqillik illərində çəkilən kinofilmlərin təbliğinə nail olmaqdır.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar