Azərbaycan Cənubi Koreyanın paytaxtı Seulda təşkil edilən 32-ci dünya səyahət sərgisində təmsil olunub.
Ölkəmizin Koreyadakı səfirliyindən bildiriblər ki, sərginin Azərbaycan guşəsində xalqımızın mədəniyyətinə aid müxtəlif əyani vəsaitlər, o cümlədən milli geyimlərimiz, musiqi alətlərimiz, tarixi abidələrimiz, müasir memarlıq nümunələrimiz və ölkəmizin füsunkar təbiətini əks etdirən fotoşəkillər, milli suvenirlər nümayiş olunub.
Azərbaycan guşəsini ziyarət edənlərə ölkəmizin turizm potensialına dair broşürlər paylanılıb.