İyunun 15-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində balaca rəssam Selin Nəcəfbəylinin “İlham” adlı fərdi yaradıcılıq sərgisi açılacaq.
Mərkəzdən bildirilib ki, rəngkarlıq əsərlərindən ibarət sərgi iyunun 17-dək davam edəcək.
Rəssamlıq duyğusu Selin Nəcəfbəylinin aləminə kitablarla bir ayaq açıb. Oxuduqlarını öz təxəyyülündə özünəməxsus şəkildə canlandırmağa can atıb. Zəngin fantaziyası, duyduqlarını açıb insanlara söyləmək arzusu onun mənən püxtələşməsinə, formalaşmasına zəmin yaradıb. 10 yaşlı Selin beynəlxalq və yerli müsabiqələrdə, sərgilərdə uğurlar qazanıb.