Şuşa Dövlət Musiqili Dram Teatrı 143-cü mövsümü iyunun 13-də paytaxtdakı Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan - yurdum mənim” adlı konsert proqramı ilə bağlayıb.
Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları, teatrın repertuarında olan tamaşalardan səhnələr və eləcə də Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı musiqili ədəbi-bədii kompozisiyadan parçalar səslənib.