İstanbul Universitetinin professoru, tarixi-etnoqrafik araşdırmaların müəllifi İbrahim Yıldırım iyunun 13-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.
Fondun prezidenti Günay Əfəndiyeva qurumun fəaliyyət istiqamətlərindən söz açıb, türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi və təbliğinin vacib əhəmiyyət kəsb etdiyini bildirib.
İ.Yıldırım türk dünyasına xas zəngin irsin araşdırılması sahəsində Fond ilə əməkdaşlıq niyyətini ifadə edib. Gələcəkdə türk dünyası ilə bağlı layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, o cümlədən XX əsrin əvvəllərində Türkiyədə yaşamış görkəmli şəxsiyyətlərin irsinin daha dərindən tədqiqi məqsədilə birgə tədbirlərin keçirilməsi müzakirə edilib.