Azərbaycan ilk dəfə olaraq festivalda milli pavilyonu ilə təmsil olunur
   
   Dünya kino aləminin ən mötəbər müsabiqələrindən olan Kann festivalı mayın 11-də açıldı. Bu il 64-cü dəfə keçirilən kinofestival məşhur rejissor Bernardo Bertoluççinin çıxışı ilə açıq elan edildi. Açılış mərasiminin aparıcısı isə fransız aktrisası Melani Loran idi. Festival başlayar - başlamaz artıq Fransanın Kann şəhərində bir sıra maraqlı hadisələr müşahidə edilir. 72 min əhalisi olan Kann Festivalını izləmək üçün şəhərə 130 mindən çox xarici turist gəlib. Turizm şirkətlərinin hesablamalarına görə, festival boyu bura gələn xaricilərin sayı 200 mindən çox olacaq. Keçən il festival boyunca Kann şəhərinə 160 min turist gəlmişdi.
   Kinofestivalın ilk günü amerikalı rejissor Vudi Allenin \"Midnight in Paris\" (”Parisdə gecəyarısı”) filmi nümayiş olunub. Parisdə çəkilən romantik komediya gənc bir oğlanın incəsənət, tarix və həyatı kəşf etməsindən bəhs edir. Festivala təqdim edilən bu və digər filmlər məşhur aktyor Robert De Nironun rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinə Uma Turman, Cud Lau, Lin Ulmann, Nansun Şi, Martina Qusman, Olivier Assayas, Jonni To və Məhəmməd Saleh Harun daxildir. Kann festivalına dünya kino ulduzlarından Ancelina Coli, Bred Pitt, Şon Penn, Penelopa Kruz, Mel Gibson, Conni Depp və digərləri təşrif buyurub.
   Qeyd edək ki, bu il ilk dəfə olaraq Kann festivalında Azərbaycan milli kino pavilyonu ilə təmsil olunacaq. Mayın 14-də festival çərçivəsində təqdim olunacaq Azərbaycan pavilyonunda son illər ölkəmizdə çəkilən filmlər, reklam materialların nümayişi nəzərdə tutulub.
   Kann kinofestivalı mayın 22-dək davam edəcək.  

 Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar