5-9 iyun tarixində Ukraynanın Kiyev-Peçorsk Milli tarixi mədəni qoruğunun təşkilatçılığı ilə “Muzey və bərpa işi mədəni irsin mühafizəsi kontekstində: müasirliyin aktual çağırışları” adlı beynəlxalq konfrans keçirilib. 
   Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova konfransda iştirak edib. 
   Səfər müddətində Zərifə Məlikova Kiyev-Peçorsk Milli tarixi mədəni qoruğunun və bərpa müəssisələrinin, laboratoriyaların iş təcrübəsi ilə yaxından tanış olub, tədbirə qatılan Litva, Yunanıstan, Polşa və s. ölkələrin bərpa sahəsində beynəlxalq təcrübəli ekspertləri ilə təcrübə mübadiləsi aparıb. 
   Tədbir iştirakçılarına Azərbaycanda bərpa işinin tarixi və inkişafı barədə məlumat verən Zərifə Məlikova bu il yaranmasının 60 illiyini qeyd edən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin fəaliyyətini əks etdirən buklet və açıqcaları onlara hədiyyə edib.
   
   Lalə