2017-ci ilin sentyabr ayında Yaponiyanın Tokio şəhərində keçiriləcək “JATA” beynəlxalq turizm sərgisi çərçivəsində ölkəmizin GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatına üzv ölkələrlə birgə iştirakı nəzərdə tutulub.
Bununla əlaqədar 15-16 iyun tarixində Ukraynanın paytaxtı Kiyevdə GUAM-ın mədəniyyət və turizm üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva və Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev iştirak edir.
İclasda “JATA 2017” beynəlxalq turizm sərgisinə hazırlıq, həmçinin 2017-2020-ci illər üzrə GUAM-Yaponiya çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.