Mayın 19-da tanınmış italyan aktyoru Mikele Plaçidonun 65 yaşı tamam olur. Orta nəsil tamaşaçıların məşhur “Sprut” teleserialından tanıyıb sevdiyi aktyor 1946-cı ildə İtaliyanın Askoli Satriano şəhərində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedir. Könüllü olduğuna görə onu nizami ordu hissəsinə yox, Romaya - polis sisteminə xidmətə göndərirlər. Qulluğunu davam etdirən Mikele eyni zamanda milli teatr incəsənəti akademiyasına imtahan verir və oraya qəbul olunur. İlk dəfə 25 yaşında "Piçotto" televiziya filmində cəkilməyə dəvət alır. Film uğur qazanır və Plaçidonun istedadını böyük rejissorlar dərhal sezirlər. Mikele Moniçelli Rozi, Belokkio, Lidzani, Komençelli kimi rejissorlarla işləyir.
   Öz ölkəsində və dünyada ona ilk məşhurluğu Mario Moniçellinin “Xalq romanı” komediyası gətirir (1974). Sonra aktyor L.Komençininin “Allah, mən necə də əskildim”, L.Djampinin “Dəli yataqlar”, S.Samperinin “Ernesto” filmlərində rol alır.
   80-ci illərin əvvəllərində Mikele öz vətənində kifayət qədər tanınmış aktyor idi. Ancaq ona əsl dünya şöhrəti gətirən obraz “Sprut” teleserialında komissar Korrado Kattani rolu oldu. Bu rol dünyada misli görünməmiş populyarlığa nail olur, bütün dünyada Plaçidonu Komissar Korrado Kattani kimi tanıyır və sevməyə başlayırlar.
   Plaçidonun zəngin filmoqrafiyası var. O, özünü muxtəlif obrazlarda sınayıb. Tamaşaçılar onu həm qatil, həm polis rolunda, həm çox yüngül, həm də çox ciddi obrazlarda görüb. Artıq neçə ildir ki, Mikele Plaçido həm də rejissor kimi də fəaliyyət göstərir.
   O, aktrisa Simonetta Stefanelli ilə evli olsa da, sonradan ayrılıb. Hazırda Federika Vinçenti ilə ailə həyatı sürür. 60 yaşında yenidən ata olub, oğlu Gabriel dünyaya gəlib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar