Bu günlərdə Ukraynada “Birgə qalib gəlmişik” adlı VII beynəlxalq teleradio festivalı keçirilib. Festivala II Dünya müharibəsi mövzusunda 17 ölkədən 128 film qatılıb. Festivalda “Space” teleradio şirkətinin istehsalı olan “Sənətdə keçən ömür” sənədli ekran əsəri də iştirak edib. Müharibə mövzusunda dəyərli sənət əsərləri yaradan Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun yaradıcılığına həsr olunan film “Vətən. Şərəf. Borc” nominasiyasında birinci dərəcəli mükafata layiq görülüb. Mükafat “Sənətdə keçən ömür” filminin rejissoru, Space TV-nin “Mədəniyyət və elmi-kütləvi layihələr” yaradıcı heyətinin İman Məcidova təqdim olunub.
   Festivalda həmçinin «Salnamə» kinostudiyasının Rusiyanın “Lennauçfilm” studiyası ilə birgə istehsalı olan «Qafqaz qartalının uçuşu» filmi ən yaxşı operator işinə görə diploma layiq görülüb.
   Festival çərçivəsində nümayiş olunan filmlər müzakirə olunub, tanışlıq və maarifləndirici xarakterli müxtəlif seminarlar keçirilib, qarşılıqlı əməkdaşlıq sahəsində söhbətlər aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar