Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi mayın 26-da Rusiyanın İvanovo şəhərində Andrey Tarkovski adına “Zerkalo” beynəlxalq kinofestivalı çərçivəsində nümayiş olunacaq. Film kinofestivalın “Yüngül nəfəs” bölməsində Azərbaycanı təmsil edəcək. Bu bölməyə Rusiyanın müxtəlif ali kino məktəblərinin tələbələri tərəfindən lentə alınmış və müxtəlif beynəlxalq kinofestivallarda uğur qazanmış filmlər daxil edilib. Mayın 23-də start verilən festivalda 100-dən artıq bədii, sənədli, animasiya və tələbə filmləri əsas mükafatlar uğrunda mübarizə aparır. Festival mayın 30-da başa çatacaq.
Xatirladaq ki, “Miras” sənədli filmi bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə təhsil alır.
Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.