Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Abdullayev Toğrul Namiq oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Əlizadə Mirəli Hüseyn oğlu - Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
İbrahimova Lalə Azər qızı - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi
Məhəmmədəlizadə Behnam Məhta Səid qızı - Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Məmmədov Atilla Yasin oğlu - Bakı şəhər Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi
Orucov Nihad Vüqar oğlu - Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi
Sədizadə Cəmil Əliağa oğlu - Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Talıblı Kamran Həsən oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Yusifzadə Cavid Azər oğlu - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyun 2017-ci il.