Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümünə yekun vurmağa hazırlaşır. Teatrın mətbuat xidmətindən bildirilib ki, qastrol və festivallar, maraqlı layihə və premyeralarla yaddaqalan mövsüm yeni tamaşa ilə sona çatacaq.
İyunun 25-də teatrın səhnəsində italyan uşaq yazıçısı Canni Rodarinin əsəri əsasında ərsəyə gələn “Çipollino” tamaşası göstəriləcək. Beynəlxalq layihə çərçivəsində hazırlanmış tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının (Rusiya) bədii rəhbəri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu Əməkdar artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.