Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün başa çatması ilə əlaqədar teatrda mükafatlandırma mərasimi keçirəcək. Artıq neçə ildir ki, kollektivdə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşların mövsümün sonunda mükafatlandırılması ənənə halını alıb. Tədbirdə “Mövsümün aktrisası”, “Mövsümün aktyoru”, “Bərpa tamaşasında uğurlu rola görə”, “Mövsümün debütü” və başqa nominasiyalar üzrə qaliblər bəlli olacaq. Həmçinin “Mövsümün ən yaxşı tamaşası” elan olunacaq.
Lalə