Xətai Sənət Mərkəzində növbəti sərgi
   
   İyunun 30-da Bakı Xətai Sənət Mərkəzində “İslam həmrəyliyi ili” çərçivəsində “Sevgi rəssamların gözü ilə” adlı rəsm sərgisi açılacaq.
   Xətai Sənət Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil ediləcək sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsgəndərovadır.
   Sərgidə müxtəlif yaş kateqoriyasında müəlliflərin rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət janrlarında əl işləri - ümumilikdə 180-dək sənət əsəri sərgilənəcək. Hər janr üzrə I, II və III yerin qalibləri mükafatlandırılacaq.