Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Şirvan şəhər Mərkəzi kitabxanasının Uşaq şöbəsində uşaqların yay istirahətinin maraqlı təşkili məqsədilə Azərbaycan folkloruna həsr olunmuş tədbir keçirilib.
Baş kitabxanaçı Mətanət Zərbəliyeva Mərkəzi kitabxananın fondunda olan xalq nağılları, lətifələri, tapmacalar və atalar sözləri haqqında nəşrlər barədə məlumat verib.
Uşaqlar arasında “Kim daha çox atalar sözü, tapmaca, lətifə, nağıl bilir?” mövzusunda müsabiqə keçirilib, fərqlənənlər fəxri fərmanlarla mükafatlandırılıb.