İtaliyada səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Romadakı səfiri Murat Salim Esenli ilə görüşüb.
Görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyyətindən, türkdilli xalqların mədəniyyəti və irsinin mühafizəsi, dünyaya tanıdılması istiqamətində görülən işlərdən, planlaşdırılan layihələrindən söz açıb.
Səfir Murat Salim Esenli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk dünyasına xas tarixi-mədəni mirasın qorunması və təbliği yönündə fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə Azərbaycanın, Türkiyənin və Fonda üzv olan digər ölkələrin səfirlikləri ilə birgə türk dünyası irsinin İtaliyada tanıdılması üçün layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.