Rəsul Rzaya həsr edilmiş bədii-sənədli film təqdim olunub
   
   İyunun 4-də Beynəlxalq Muğam Mərkəzində Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş “...yaşıl atlas, ömürdən səhifələr” adlı bədii-sənədli filmin təqdimatı olub. Ədəbiyyat və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə filmin ssenari müəllifi və rejissoru, Rəsul Rza mükafatı laureatı Əhliman Qafarov şairin yaradıcılıq yolundan danışıb. Filmdə şairin lirik, fəlsəfi və dünyəvi şeirlərinin dialoq şəklində təqdim olunduğunu bildirib.
   Qeyd olunub ki, filmdə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, BDU-nun baş müəllimi, şərqşünas Fidan Rzayeva, əməkdar artistlər Azad Şükürov, Zülfiyyə Eldarqızı, Ağalar Bayramov, Gülsabah Quliyeva, Mehriban Xanlarova, bədii qiraətçi Ruhəngiz Mustafayeva çəkiliblər. “El” televiziya şirkətinin istehsalı olan filmin məsləhətçiləri akademik Bəkir Nəbiyev, professor Şövqi Göyçaylı, operatoru Faiq Yusifoğludur.
   Rəsul Rzanın öz səsi ilə başlayan filmdə onun uşaqlıq və gənclik illəri, müdriklik çağı, maraqlı xatirələri əksini tapıb. Şairin poeziyasının səmimiyyət və həzinliklə cilalanmış fəlsəfi bütövlüyü peşəkar aktyor və istedadlı uşaqların ifasında səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar