Rusiyada festivalda nümayiş olunacaq
   
   İyunun 14-dən 23-dək Rusiyanın Kursk şəhərində “Zolotoy Vityaz” XX Beynəlxalq Kinofestivalı keçiriləcək. Festivalda Belorus, Bolqarıstan, Özbəkistan, Macarıstan, Çin, Polşa, Cənubi Koreya, Serbiya, Amerika, İran, İsveç və digər ölkələrlə yanaşı Azərbaycan da iştirak edəcək.
   Festivalın rəsmi internet saytında yer alan xəbərə görə, Azərbaycan bu festivalda “Qafqaz qartalının uçuşu” sənədli filmi ilə təmsil olunacaq. Qısametrajlı sənədli filmlər müsabiqəsində yarışacaq film iyunun 18-də göstəriləcək.
   “Salnamə” kinostudiyası və “Lennauçfilm” studiyasının birgə istehsalı olan 20 dəqiqəlik “Qafqaz qartalının uçuşu” sənədli filmi II Dünya müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunub. Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüseri Böyükağa Məmmədov və Vladimir Bajindir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar