Naxçıvan teatr tarixinin tədqiqatçısı, teatrşünas, Əməkdar mədəniyyət işçisi, mərhum Cəlil Vəzirovun “Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb.
“Apostrof” nəşriyyatında çapdan çıxan kitabda Əməkdar incəsənət xadimi, Dövlət Musiqili Teatrın direktoru Əliqismət Lalayevin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyətindən, səhnədə canlandırdığı obrazlardan, quruluş verdiyi tamaşalardan bəhs olunur. Kitabda Naxçıvan teatr tarixinə nəzər salınır, XX əsrin 80-ci illərində Naxçıvan Musiqili Dram Teatrının fəaliyyəti araşdırılır.
Nəşrin “Ön söz” müəllifi Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, redaktoru Samir Sədaqətoğlu, rəyçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.