İyunun 2-dən 5-dək Ukraynanın Truskaves kurort şəhərində “Zolotaya pektoral” kinofestivalı keçirilib. Festivalda Ukrayna, Azərbaycan, Gürcüstan, Rusiya Federasiyası, Argentina, Kuba, Latviya və Fransa kinematoqrafçıları iştirak edib.
   Azərbaycanın “Nərimanfilm” kinostudiyasında istehsal edilmiş “Sahə” filmi “Ən yaxşı operator işi” nominasiyasında mükafata layiq görülüb. Mükafat filmin rejissoru İlqar Safata təqdim olunub.
   Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Yeganə Qafqazlı filmin yaradıcı heyətini bu mükafat münasibətilə təbrik edib, onlara daha böyük yaradıcılıq uğurları arzulayıb.
   Qeyd edək ki, “Nərimanfilm” kinostudiyasının “Gürcüstanfilm” və “Baqirafilm” (Gürcüstan) studiyaları ilə birgə çəkdiyi “Sahə” filmi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Paşa Bank”ın köməkliyi ilə ərsəyə gəlib. Film bu yaxınlarda Moskvada keçirilən XIII beynəlxalq detektiv filmlər festivalının (“DetektivFest”) xüsusi mükafatına layiq görülüb. Bu ilin martında isə ekran əsərində əsas rollardan birini ifa edən Timur Oduşevə ABŞ-da “Hollivudun Gənc Aktyorlar Mükafatı” (“Hollywood Young Artists Award”) təqdim olunmuşdu.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar