Məşhur azərbaycanlı fotoqrafa həsr edilmiş sənədli filmin təqdimatı
   
   İyunun 8-də Azərbaycandakı Fransa İnstitutunda kinorejissor Ziya Şıxlinskinin yeni sənədli filminin təqdimatı olacaq. Müəllifin “Foto Artist” adlandırdığı film tanınmış azərbaycanlı fotoqraf Reza Diqqətiyə həsr edilib.
   Reza Diqqəti 1952-ci ildə Təbrizdə doğulub. 1970-80-ci illərdə "Frans-Press" agentliyində işləyib, "Newsweek" üzrə Tehran müxbiri kimi çalışıb, “Time” jurnalının Yaxın Şərq müxbiri olub. Sonralar Əfqanıstanda BMT proqramı üzrə məsləhətçi işləyib. UNİCEF üçün fotoşəkillər çəkməyə başlayıb, “National Geographic” jurnalının sifarişlərini yerinə yetirib. Onun çəkdiyi “Abraham: İnam yolu” və “Puştu torpağında Ben Laden kabusunun təqibi” kimi foto-salnamələr ictimaiyyətdə maraq doğurub.
   Reza Diqqətinin əsərləri kitab şəklində dəfələrlə dərc edilib və Kanada, Britaniya, Fransa, Almaniya, İran, İtaliya, Liviya, Niderland, Pakistan, İspaniya, İsveçrə və ABŞ-da yayılıb. Fotoqraf həyat yoldaşı və iki övladı ilə Parisdə yaşayır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar