Beynəlxalq konfransın materialları çap olunub
   
   19-20 may 2016-cı il tarixində Zaqatala şəhərində keçirilmiş “Azərbaycan folkloru və milli-mədəni müxtəliflik” beynəlxalq elmi-praktik konfransın materialları “Mütərcim” nəşriyyatında kitab halında çapdan çıxıb. 
   Konfrans təşkilatçıları Prezident yanında Bilik Fondu, AMEA Folklor İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşmişdi.
   Nəşrin elmi redaktoru Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçilər institutun böyük elmi işçisi Atəş Əhmədli, aparıcı elmi işçi Mətanət Yaqubqızı, Bilik Fondunun baş mütəxəssisi Elnarə Əliyevadır.