Füzuli rayonu ərazisində “Son nəfəsədək” adlı yeni tammetrajlı bədii filmin çəkilişlərinə start verilib.
   Qarabağ həqiqətlərindən bəhs edən filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissoru Elnur Əliyev, rəssamı Mehriban Əfəndiyeva, redaktoru Kamran Qasımovdur. Rollarda əməkdar artistlər İlqar Cahangirov, Elşən Rüstəmov, aktyorlar Cavanşir Hadıyev, İlqar Musayev, Vüqar Vəlixanov və başqaları çəkilir.
   Qarabağ müharibəsinin ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə edən ekran əsəri, son nəfəsinədək igidlik göstərərək torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir.