Azərbaycan
   
   12 iyul 1911 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (30.5.1862 - 1911) vəfat edib. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra şeirləri «Hophopnamə» adlı topluda nəşr olunub.
   12 iyul 1940 - Bəstəkar, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ruhəngiz Nağı qızı Qasımova anadan olub. Teatr və televiziya tamaşalarına (“Qonşu qonşu olsa...”, “Yollar görüşəndə”), filmlərə (“Möcüzələr adası”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb, populyar mahnıların müəllifidir.
   12 iyul 1956 - Əməkdar artist Mübariz Şəfayət oğlu Həmidov Göyçay şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsini bitirib. Gənc Tamaşaçılar Teatrının aktyoru olub, 2006-cı ildən teatrın direktorudur.
   12 iyul 1993 - Almatı şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirləri “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalayıblar. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı adlanır.
    
   13 iyul 1889 - Maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889-1960) anadan olub. 
   13 iyul 1910 - Yazıçı-dramaturq Nağı Kərim oğlu Nağıyev (1910-1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub. «Səadət», «Polad» və s. pyeslərin müəllifidir.
   13 iyul 1926 - Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926-2001) anadan olub. "Yolda", "Xatirələr", 20 Yanvara həsr etdiyi "Qatillər" tabloları və s. əsərlərin müəllifidir.
   13 iyul 1957 - Aktyor, rejissor, Xalq artisti Bəxtiyar Oqtay oğlu Xanızadə Bakının Şağan kəndində doğulub. Azərbaycanda pantomima teatrının (1994) yaradıcısı və bədii rəhbəridir. Bir sıra səhnə əsərlərinin müəllifidir. Çəkildiyi filmlər: “Qərib cinlər diyarında”, “Ovsunçu”, “Cavid ömrü”, “Günaydın, mələyim!” və s.
   13 iyul 1936 - Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 - 4.5.2004) anadan olub. «Yeddi oğul istərəm», «Axırıncı aşırım», «Gün keçdi», «Nəsimi», «Babək» və s. filmlərin quruluşçu operatoru olub. «Şir evdən getdi», «Asif, Vasif, Ağasif», «Sizi dünyalar qədər sevirdim» və s. bədii filmlərə quruluş verib.
    
   14 iyul 1905 - Aşıq Alıxan Qarayazılı (Alıxan Qurban oğlu Ömərov; 1905-1998) Gürcüstanın Qarayazı bölgəsinin Kosalı kəndində anadan olub.
   14 iyul 1914 - Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva (1914-2014) İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini tədris edib. 10-dək kitabın müəllifidir. 
   
   Dünya
    
   12 iyul 1813 - Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard, 1813-1878) anadan olub. 
   12 iyul 1884 - İtalyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani 1884-1920) anadan olub. Qadın rəsmlərinin mahir ustası olub.
   12 iyul 1904 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1971) laureatı Pablo Neruda (Pablo Neruda - Ricardo Eliezer Neftal Reyes Basoalto, 1904-1973) anadan olub.
    
   13 iyul 1841 - Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqner (Otto Koloman Wagner, 1841-1918) anadan olub. 
   13 iyul 1923 - SSRİ Xalq artisti Mixail Puqovkin (1923-2008) anadan olub. Əksəriyyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı...”, “Sportloto-82”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) çəkilib.
   13 iyul 1934 - Nigeriya yazıçısı, dramaturq, şair, ədəbiyyat üzrə Nobel mükafatı (1986) laureatı Vole Şoynika (Akinwande Oluwole Soyinka) anadan olub. 
   13 iyul 1954 - Türk müğənnisi və bəstəkarı Sezən Aksu (Fatma Sezən Yıldırım) İzmirdə anadan olub. Populyar mahnıların, filmlərə musiqilərin müəllifidir.
    
   14 iyul 1860 - Rus tarixçisi, şair, yazıçı və publisist Vasili Lvoviç Veliçko (1860-1904) anadan olub. Bir çox tarixi gerçəklərə işıq salan «Qafqaz» kitabının müəllifidir.
   14 iyul 1903 - Amerika yazıçısı İrvinq Stoun (Irving Stone; 1903-1989) anadan olub. Van Qoq, Cek London, Ziqmund Freyd, Çarlz Darvin və s. görkəmli insanlar haqqında bioqrafik romanların müəllifidir.
   14 iyul 1904 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1978) laureatı İsaak Başevis-Zinger (Isaac Bashevis Singer; 1904-1991) anadan olub. Əsərləri: “Şeytan”, “Nicatverən günahkar”, “Muskat ailəsi” və s.
   14 iyul 1918 - İsveç rejissoru, ssenarist və yazıçı İnqrid Berqman (Ernst Ingmar Bergman, 1918 - 30.7.2007) anadan olub. “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq” və s. filmlərə quruluş verib.
   14 iyul 1928 - Gürcü yazıçısı Nodar Dumbadze (1928-1984) anadan olub. “Mən, nənəm, İliko və İllarion”, “Mən günəşi görürəm”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti və s. əsərlərin müəllifidir. 
   
   Hazırladı: Vüqar Orxan