Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində istehsal olunan “Əbədi iftixarımız” adlı bədii-sənədli televiziya filmi ötən ilin yaddaqalan bədii-sənədli televiziya filmlərindən biridir.
Filmin ssenari müəllifi Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov, rejissoru Tahirə Hüseynova, quruluşçu operatoru Zahid Bağırov, quruluşçu montajçı Hüseyn Hüseynovdur.
Film ötən il Üzeyir Hacıbəylinin doğum günündə (18 sentyabr) Azərbaycan televiziyası ilə, bu yaxınlarda isə Azərbaycan Bəstəkarlar İttifaqında nümayiş olunub.
“Əbədi iftixarımız” filmini çəkərkən başqa bir Üzeyir bəyi kəşf etdim” - deyən rejissor Tahirə Hüseynova üç ay ərzində araya-ərsəyə gələn ekran əsərini çəkərkən böyük məsuliyyət hissi keçirdiyini bildirdi.
- 40 ildir ki, Azərbaycan Dövlət Televiziyasında, “Azərbaycantelefilm”in nəzdində fəaliyyət göstərən Kino və dublyaj redaksiyasında işləyirəm. Videotekada müxtəlif janrlarda verilişlərim var. Hazırda “Oskara gedən yol” silsilə verilişin rejissoruyam. “Əbədi iftixarımız” bədii-sənədli filminin uğurlu alınması üçün əlimizdən gələni əsirgəmədik”.
Tahirə Hüseynovanın ən böyük arzularından biri də, Üzeyir Hacıbəyli haqqında bədii film çəkməkdir.
Sənətdə istək və arzu ilkin və əsas şərtlərdən sayılır. İnanırıq ki, təcrübəli rejissorun bu arzusu da gerçəkləşəcək. Hələlik isə “Əbədi iftixarımız” bədii-sənədli televiziya filmi uğurlu ekran əsəri kimi böyük Üzeyir bəyin xatirəsinə yaddaqalan töhfələrdən biri kimi sənədli kino salnaməmizdə öz yerini tutub. Dahi Üzeyir Hacıbəyli yaradıcılığına isə zaman-zaman müraciət olunacaq və bu sənət xəzinəsi heç vaxt tükənməyəcək.
Təranə Vahidqızı