Lənkəran şəhər MKS-də "Azərbaycanda “İslam həmrəyliyi ili “Multikulturalizm ili”nin davamıdır" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunmasının əhəmiyyətindən, bununla bağlı respublikada və regional idarənin tabeçiliyində olan müəssisələrdə keçirilən tədbirlər haqqında danışıb.
MKS-nin direktoru Nuranə Nəsirova "İslam həmrəyliyi ili” mövzusunda məruzə edib.
Kitabxananın fəal oxucularından ibarət bədii qiraətçilər mövzu ilə bağlı şeirlər söyləyiblər.