İyulun 13-də Xətai rayon MKS-nin Mərkəzi kitabxanası kiçikyaşlı oxucular üçün “nağıl saatı” keçirib.
Tədbirdə rayonun 271 nömrəli uşaq bağçasının müəllim və uşaqları iştirak ediblər. Əvvəlcə uşaqlar kitabxanada hazırlanmış stend, rəsm əsərləri və oxucuların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra onlar “nağıl otağı”na baş çəkiblər. Uşaq şöbəsinin baş kitabxanaçısı Təranə Quliyeva onlara “Tülkü, tülkü, tünbəki”, “Əlcək” və “Bulud” nağıllarını oxuyub.
“Nağıl saatı”nın keçirilməsində məqsəd uşaqları körpə yaşından kitabxanaya və kitaba alışdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.