Amerika kinosu ölkəsinin günahlarını etiraf etməyi çox sevir. Vyetnam müharibəsindən sonra, 70-ci illərdən 80-ci illərə kimi çəkilən savaş filmləri buna nümunədir. İraq müharibəsi Amerika kinosunun aparıcı mövzularından biridir.
   
   Bu yaxınlarda ekranlara çıxan “Təhlükəli yol” (“Route İrish”) filmi (rejissor Ken Loaç) də həmin mövzuda ən yaxşı filmlərdən biri sayıla bilər. Ümumilikdə Amerika kinosunda İraq müharibəsinə həsr olunmuş filmlər arasında çox mükafatlar almış ekran əsərləri var.
   Rejissor Katrin Bigelounun “Dəhşətli tələ” (“The hurt locker”, 2008) filmi 6 Oskar mükafatı qazanaraq hər kəsi təəccübləndirmişdi. Kino tarixində ilk dəfə qadın rejissora “Oskar” qazandıran film vestern janrındadır. Rejissor Bigelou filmdə dəlisov kovboy obrazını müharibə mühitində qabardaraq tamaşaçıya göstərməyə çalışıb.
   “Yaşıl bölgə” (“Green zone”, 2010) filmi isə İraq müharibəsinin başlanmasına səbəb (bəhanə) kimi göstərilən iki iddianın (İraqda kütləvi qırğın silahlarının olması və Səddam Hüseynin Əl-Qaidə terror təşkilatına dəstək verməsi) əsassız olduğunu üzə çıxarır. Rejissor Pol Gringrass filmində amerikalı əsgərlərin kütləvi qırğın silahları ilə bağlı uğursuz axtarışları əksini tapıb.
   Döyüş filmlərini çəkməyi çox sevən rejissor Ridley Skott “Yalanlar üstünə” (“Body of lies”, 2008) filmi ilə Amerikanın 11 sentyabr hadisəsindən sonra etmiş olduğu haqsızlıqları qabartmağa çalışıb.
   İraq müharibəsinin sonrasından bəhs edən “Evə dönüş” (“Taking chance”, 2009) filmi Amerikanın İraqa müdaxiləsinə, bu ölkədə baş verən dəhşətli hadisələrə o qədər də böyük yer ayırmır. Film müharibədən Amerikaya göndərilən əsgər cənazəsinə yolboyu yoldaşlıq edən gəncin dilindən tamaşaçıya çatdırılır.
   Pol Haggisin quruluş verdiyi “Tanrının vadisində” (“İn the valley of Elah”, 2007) filmi isə İraq müharibəsində həlak olan amerikalı əsgər haqqındadır. Əsgər öz dostları tərəfindən içkili vəziyyətdə kiçik bir mübahisə zamanı öldürülür. Oğlunun ölüm səbəblərini araşdıran ata hər cəhdində uğursuzluqla qarşılaşır və xüsusi orqanlar əsgərin ölümünü ört-basdır etməyə çalışırlar.
   İraq müharibəsinin amansız tərəflərini əks etdirən ekran əsərləri arasında “Xüsusi qüvvələr”, “Buş”, “A komandası” və başqalarını də göstərmək olar. Bu mövzu Amerika kinosunda gündəmdə qalmaqdadır.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar