Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi Bolqarıstanın Balçik şəhərində keçiriləcək “9th İn The Palace” beynəlxalq kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edir. İyunun 18-dən 25-dək davam edəcək festival çərçivəsində 30-dan artıq ölkənin 150-dək filmi mükafatlar uğrunda mübarizə aparacaq. Festivalın seçim komitəsi bu ekran əsərlərini 60-dan çox ölkədən, 3 mindən artıq audiovizual məhsulu arasından seçib.
   Festivalda Azərbaycanla yanaşı ABŞ, Kanada, Kuba, Fransa, Almaniya, İtaliya, İspaniya və digər ölkələrin kino məhsulları nümayiş olunacaq. “Miras” sənədli filminin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar