AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 2017-ci il üçün 2-ci sayı işıq üzü görüb. Nəşrin bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Almaniya, Əfqanıstan alimlərinin məqalələri yer alıb.
   Beynəlxalq elmi jurnalın qayəsi vaxtilə mövcud olmuş “Sovet türkologiyası” jurnalının elmi və mədəni ənənələrini davam etdirməkdir.
   Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, üç aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

   S.Qaliboğlu