Həmyerlimiz, tanınmış rejissor Yuli Qusman “Qorxma, mən səninləyəm” filminin ikinci hissəsini çəkməyə hazırlaşır. Çəkilişləri avqust ayında başlanacaq film ilkin variantda “Qorxma, mən səninləyəm - 1919” adlanır. Filmdəki hadisələr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə cərəyan edir. Süjet xəttini o dövrün sevgi macərası əhvalatı təşkil edir. Xatırladaq ki, 1981-ci ildə çəkilmiş “Qorxma, mən səninləyəm” filmi iki sirk ustasının - Rüstəm və San Sanıçın Azərbaycana gəlməsi və burada onların başlarına gələn əhvalatlardan bəhs edir. Yeni kino layihəsində də 30 il əvvəl filmdə çəkilmiş Lev Durov, Polad Bülbüloğlu, Muxtarbek Kantemirov və digər tanınmış sənətkarlar rol alacaq.
   
   Çingiz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar