Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon MKS-nin 2 saylı filialında Azərbaycanın böyük dövlət xadimi, şair Şah İsmayıl Xətainin (1487-1524) 530 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Şuşa Humanitar Kolleci ilə birgə təşkil edilən tədbirdə Xətainin həyat və yaradıcılığından danışılıb. Kollecin müəllimi Yeganə Əliyeva şair haqqında məlumat verib, poetik irsindən nümunələr səsləndirib. Vurğulanıb ki, Şah İsmayıl hakimiyyəti dövründə kitabxana təşkili işinə xüsusi diqqət yetirib, bununla bağlı xüsusi fərman imzalayıb.
Tələbələr Şah İsmayıl Xətainin “Dəhnamə” poemasından parçalar söyləyiblər.