İyunun 14-dən 23-ə qədər Rusiyanın Kursk şəhərində “Zolotoy Vityaz” XX Beynəlxalq Kinofestivalı keçirilib. Festivalda Belorus, Bolqarıstan, Özbəkistan, Macarıstan, Çin, Polşa, Cənubi Koreya, Serbiya, Amerika, İran, İsveç və digər ölkələrlə yanaşı Azərbaycan da iştirak edib. Ölkəmiz bu festivalda “Qafqaz qartalının uçuşu” sənədli filmi ilə təmsil olunub. “Qısametrajlı sənədli filmlər müsabiqəsi”ndə yarışan film münsiflərin rəğbətini qazanıb. Nəticədə “Qafqaz qartalının uçuşu” “II Dünya müharibəsinə həsr olunmuş film” nominasiyasında diplom və mükafata layiq görülüb.
   Bundan başqa, film daha bir mükafat qazanıb. Ukraynada keçirilən “Pobedili vmeste” VII Beynəlxalq Festivala qatılan ekran əsərinin operatoru Elxan Rüstəmov “Ən yaxşı operator işinə görə” mükafat alıb.
   Qeyd edək ki, “Salnamə” kinostudiyası və “Lennauçfilm” studiyasının birgə istehsalı olan 20 dəqiqəlik “Qafqaz qartalının uçuşu” sənədli filmi II Dünya müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunub. Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüseri Böyükağa Məmmədov və Vladimir Bajindir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar