Bu ilin noyabrında Avstraliyada 5-ci “Asia Pacific Screen Awards” film müsabiqəsi keçiriləcək. Beynəlxalq Kinoprodüserlər Assosiasiyaları Federasiyasının (FİAPF) təşkil etdiyi müsabiqədə Asiya-Sakit okean bölgəsində yerləşən 70 ölkənin filmləri nümayiş olunacaq. “Nərimanfilm” kinostudiyası “Asia Pacific Screen Awards”ın Azərbaycanda rəsmi təmsilçisi olacaq. Kinostudiyadan verilən məlumata görə, qurum Azərbaycanda rəsmi təşkilatçı kimi 4 kateqoriya üzrə seçim keçirəcək. Bədii, animasiya, tammetrajlı bədii, tammetrajlı uşaq filmlərinin ən yaxşısı müsabiqəyə göndəriləcək.
   Filmlər avqustun 1-dək kinostudiyaya təqdim oluna bilər. Müsabiqədə mükafatlar 10 nominasiya üzrə veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar