Bakıda fotosərgi açılıb
   
   İyulun 20-də Bakı Yunus Əmrə İnstitutunda Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtım müşavirliyinin birgə təşkilatçılığı ilə Sebahat Döğerin “Gizli xəzinələri ilə Türkiyəm” adlı fotosərgisi açılıb. 
   Sərgidə Türkiyənin müxtəlif bölgələrində çəkilmiş 30-dək fotoşəkil yer alıb. İki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, ölkəmizin tarixi və turizm məkanlarının tanıdılması baxımından əhəmiyyət daşıyan sərgi iyulun 23-dək davam edəcək.