Endi Uorxolun "unudulmuş" əsəri tapılıb
Amerikalı rok-musiqiçi Elis Kuper evinin zirzəmisindən Endi Uorxolun (1928-1987) "Kiçik elektrik stulu" adlı tablosunu tapıb. Qırmızı-qara tonlarda çəkilmiş bu rəsm əsəri Uorxolun "Ölüm və qəza" adlı silsiləsinə aiddir. Bu rəsm əsəri Elis Kuperin zirzəmisində müxtəlif qastrol əşyalarının arasında 40 ildən artıq saxlanılıb. Musiqiçinin meneceri Şep Qordonun sözlərinə görə, rok ifaçı Kuper sevgilisi model Sindi Lenqlə 1972-ci ildə Nyu-Yorka yaşamağa köçərkən Uorxol ilə tanış olublar.
Rəssam Uorxol musiqiçinin konsertində olarkən elektrik stulu ilə bağlı nömrə nümayiş olunmuşdu. Uorxolun eynilə belə təsvirdə əsəri vardı. Sindi Lenqin təkidi ilə Kuper bu rəsmi 2500 dollara alıb.
2015-ci ilin noyabr ayında “Christie’s” hərrac evində «Ölüm və qəza» silsiləsinə aid olan yaşıl-qara tonlarda çəkilmiş digər rəsm əsəri 11.6 milyon dollara satıldıqda "Kiçik elektrik stulu" tablosu hamının yadına düşüb. Musiqiçi iddia edir ki, bu əsəri satmağı planlaşdırmır və onu evində asacaq.
Qeyd edək ki, "Kiçik elektrik stulu" əsəri 1953-cü ildə ABŞ-a aid olan nüvə silahı haqqında məlumatları SSRİ-yə çatdırmaqla ittiham edilən və elektrik stulunda edam edilən kommunistlər Yulius və Etel Rozenberqə həsr olunub.
İlona