Sənədli filmin çəkilişləri Zaqatalada davam etdiriləcək
   
   “Salnamə” kinostudiyasında rejissor Tahir Əliyevin ekranlaşdırdığı “Medo Hollandiyadadır” filminin çəkilişləri davam edir. Ekran əsəri II Dünya müharibəsinin iştirakçısı, 1942-ci ildə Ukraynada döyüşlərdə əsir düşən, sonradan Niderland antifaşist müqavimət hərəkatına qoşularaq qəhrəmanlıqlar göstərən həmyerlimiz Məmməd Məmmədov haqqındadır.
   M.Məmmədova “Medo” ləqəbini antifaşist müqavimət hərəkatında veriblər. O, ömrünün qalan hissəsini Niderlandda yaşayaraq bu ölkənin ən yüksək “Oranc-Nassau Kral ailəsinin cəngavəri” ordeni, “Müqavimət döyüşçüsü” və “Sədaqətli xidmət” medalları ilə təltif edilib, Ostervejk şəhərinin fəxri vətəndaşı olub. Bu şəhərdə hamı onu ehtiramla “Medo” kimi xatırlayır. O, 2003-cü ildə 80 yaşında vəfat edib.
   Rejissor bildirib ki, bu ekran əsərinin Niderlanda aid olan hissəsinin çəkilişləri başa çatıb. Çəkilişlər Məmməd Məmmədovun dünyaya göz açdığı Zaqatalada davam etdiriləcək.
   Filmin ssenari müəllifi Elxan Əsgərov, operatoru Elxan Rüstəmovdur. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar