Azərbaycanlı rejissorun filmi Karlovı Varı beynəlxalq festivalında 
   
   Çexiyanın Karlovı Varı şəhərində 46-cı beynəlxalq kinofestival keçirilib. İyul ayının birinci ongünlüyündə 40 minə yaxın tamaşaçı kinofestivalın müsabiqə və müsabiqədənkənar proqramlarına daxil edilmiş 200-dək bədii və sənədli filmə tamaşa ediblər. 
   Festivalın yekununa əsasən, israilli rejissor Yozef Madmoninin “Bərpaçı” filmi festivalın baş mükafatına - “Büllur qlobus”a layiq görülüb. Tanınmış macar rejissoru İştvan Sabonun başçılıq etdiyi münsiflər heyətinin xüsusi mükafatı rejissor Viktor Ginzburqun “Generation P” adlı tammetrajlı filminə (Rusiya və ABŞ kinematoqrafçılarının birgə istehsalı) verilib. Ən yaxşı rejissor mükafatına fransız rejissoru Paskal Rabatenin “Dəniz kənarında tətil” komediyası layiq görülüb.
   “Qərbdən Şərqə” müsabiqə seksiyasında “Generation P” filmi ilə yanaşı Nikolay Xomerikanın “Qəlbin bumeranqı” və azərbaycanlı rejissor Murad İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” filmləri də təqdim edilib. Hər iki film Rusiya, Azərbaycan və Bolqarıstan kinematoqrafçılarının birgə istehsalıdır.
   Karlovı Varı kinofestivalı 1946-cı ildən keçirilir. Həmin vaxt qərara alınmışdı ki, Karlovı Varı və Moskva kinofestivalları növbə ilə keçirilsin. 1994-cü ilə qədər dünya kino sənəti nümunələrinin bu yarışmaları cüt illərdə Karlovı Varıda, tək illərdə isə Moskvada baş tutub. 1995-ci ildən hər iki festival hər il keçirilir.    

  Vəfa Zeynalova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar